Muxtəsər təfsir
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَخْرَجْنَا بِهِۦ ثَمَرَٰتٍ مُّخْتَلِفًا أَلْوَٰنُهَا ۚ وَمِنَ ٱلْجِبَالِ جُدَدٌۢ بِيضٌ وَحُمْرٌ مُّخْتَلِفٌ أَلْوَٰنُهَا وَغَرَابِيبُ سُودٌ ﴿٢٧﴾
Məgər sən, ey Peyğəmbər, Allahın göydən yağmur endirdiyini və onunla ağaclara su verdikdən sonra onlardan müxtəlif rəngli - yaşıl, qırmızı, sarı və başqa rəngdə olan meyvələr yetişdirdiyimizi görmürsənmi?! Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara rəngli təhlükəli cığırlar əmələ gətirdik.