Muxtəsər təfsir
وَمِنَ ٱلنَّاسِ وَٱلدَّوَآبِّ وَٱلْأَنْعَـٰمِ مُخْتَلِفٌ أَلْوَٰنُهُۥ كَذَٰلِكَ ۗ إِنَّمَا يَخْشَى ٱللَّهَ مِنْ عِبَادِهِ ٱلْعُلَمَـٰٓؤُا۟ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ غَفُورٌ ﴿٢٨﴾
İnsanlar, heyvanlar və mal-qara (dəvə, inək və qoyunlar) arasında da, bu cür müxtəlif rəngli olanları vardır. Uca Allahın Öz qulları arasında ancaq alimlər Onun məqamını uca tutar və Ondan qorxarlar. Çünki onlar Onun sifətlərini, şəri qanunlarını və qüdrət əlamətlərini bilirlər. Həqiqətən, Allah yenilməz qüdrət sahibidir və qullarından Ona tövbə edən kimsələrin günahlarını bağışlayandır.