Muxtəsər təfsir
وَنُفِخَ فِى ٱلصُّورِ فَإِذَا هُم مِّنَ ٱلْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنسِلُونَ ﴿٥١﴾
Dirilmə üçün sur ikinci dəfə üfürülən kimi onların hamısı dərhal qəbirlərindən çıxıb, haqq-hesaba çəkilmək və əməllərinin əvəzini almaq üçün tələsik Rəbinə tərəf gedəcəklər.