×
يسAyə 52

Muxtəsər təfsir

قَالُوا۟ يَـٰوَيْلَنَا مَنۢ بَعَثَنَا مِن مَّرْقَدِنَا ۜ ۗ هَـٰذَا مَا وَعَدَ ٱلرَّحْمَـٰنُ وَصَدَقَ ٱلْمُرْسَلُونَ ﴿٥٢﴾

Dirilməni yalan sayan o kafirlər peşman olub deyəcəklər: “Vay halımıza! Bizi kim dirildib qəbrimizdən çıxartdı?!" Sonra da öz suallarına belə cavab veriləcək: "Bu, Mərhə­mətli Allahın vəd etdiyi gündür, bu mütləq baş verəcəkdi, elçilərin öz Rəbbindən təbliğ etdiyi xəbər doğru imiş.”