Muxtəsər təfsir
ٱلَّذِى جَعَلَ لَكُم مِّنَ ٱلشَّجَرِ ٱلْأَخْضَرِ نَارًا فَإِذَآ أَنتُم مِّنْهُ تُوقِدُونَ ﴿٨٠﴾
Ey insanlar, Allah sizin üçün yaşıl və yaş ağacdan istifadə etdiyiniz odu əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız. Bir-birinə zidd olan iki şeyi - yaşıl ağacda olan su ilə onun içində yanan odu bir araya gətirən Allah, ölüləri diriltməyə də qadirdir.