Muxtəsər təfsir
أَوَلَيْسَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِقَـٰدِرٍ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُم ۚ بَلَىٰ وَهُوَ ٱلْخَلَّـٰقُ ٱلْعَلِيمُ ﴿٨١﴾
Məgər əzmətli göyləri və yeri yaradan Allah, bəşəriyyəti öldürdükdən sonra onları diriltməyə qadir deyilmi?! Əlbəttə, qadirdir. O, məxluqatın hamısını yaradan Xaliq və onlar haqqında hər şeyi biləndir. Yaradılanlar barədə heç bir şey Allaha gizli qalmaz.