Muxtəsər təfsir
وَمَن يَهْدِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّضِلٍّ ۗ أَلَيْسَ ٱللَّهُ بِعَزِيزٍ ذِى ٱنتِقَامٍ ﴿٣٧﴾
Allahın doğru yola yönəltdiyi kimsəni də, zəlalətə sala biləcək birisi tapılmaz. Məgər Allah, kimsənin Ona qalib gəlmədiyi mütləq güc sahibi, habelə, Ona küfr edən və asi olan kəsdən intiqam almağa qadir deyilmi?! Əlbəttə, Allah qüdrətlidir, intiqam almağa qadirdir.