Muxtəsər təfsir
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ ٱللَّهُ ۚ قُلْ أَفَرَءَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ إِنْ أَرَادَنِىَ ٱللَّهُ بِضُرٍّ هَلْ هُنَّ كَـٰشِفَـٰتُ ضُرِّهِۦٓ أَوْ أَرَادَنِى بِرَحْمَةٍ هَلْ هُنَّ مُمْسِكَـٰتُ رَحْمَتِهِۦ ۚ قُلْ حَسْبِىَ ٱللَّهُ ۖ عَلَيْهِ يَتَوَكَّلُ ٱلْمُتَوَكِّلُونَ ﴿٣٨﴾
Ey Peyğəmbər, əgər sən o müşriklərdən: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Bunları Allah yaratmışdır!”– deyəcəklər. Bütlərinin aciz olduğunu göstərmək üçün onlara belə de: “Elə isə bir deyin görək, əgər Allah mənə bir zərər yetirmək istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun mənə yetirəcək zərəri aradan qaldıra bilərlərmi?! Yaxud, əgər Rəbbim mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?!” Onlara de: “Mənə təkcə Allah kifayət edər. Mən bütün işlərimdə yalnız Ona təvəkkül edirəm, təvəkkül edənlər də təkcə Ona təvəkkül edərlər!”