×
الزمرAyə 4

Muxtəsər təfsir

لَّوْ أَرَادَ ٱللَّهُ أَن يَتَّخِذَ وَلَدًا لَّٱصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَآءُ ۚ سُبْحَـٰنَهُۥ ۖ هُوَ ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ ﴿٤﴾

Əgər Allah Özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini seçib onu övlad edərdi. Allah pakdır, müqəddəsdir və o müşriklərin dediklərindən uzaqdır. O, həm zatı, həm sifətləri, həm də isimləri xüsusunda Tək ilahdır və bu xüsusiyyətlərdə Onun heç bir şəriki yoxdur. O, bütün yaratdıqlarına qarşı mütləq qalib gələndir.