×
الزمرAyə 5

Muxtəsər təfsir

خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۖ يُكَوِّرُ ٱلَّيْلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيْلِ ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّ يَجْرِى لِأَجَلٍ مُّسَمًّى ۗ أَلَا هُوَ ٱلْعَزِيزُ ٱلْغَفَّـٰرُ ﴿٥﴾

O, göyləri və yeri zalımların: "bunlar əbəs yerə yaranmışdır"- dediyi kimi yox, ən kamil məqsəd üçün yaratmışdır. O, ge­cə­ni gün­düzə qatır, gün­düzü də gecəyə qatır. Belə ki, onlardan bir gəldikdə, digəri gözdən itib gedir, O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxta­dək - bu dünya həyatı sona yetişənədək hərəkət edər. Bil ki, pak və müqəddəs Allah Qüdrət­lidir - düşmənlərindən intiqam almağa qadirdir və heç kəs Ona üstün gələ bilməz, habelə, qullarından Ona tövbə edən kimsələrin günahlarını Bağışlayandır.