Muxtəsər təfsir
وَقَالُوا۟ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى صَدَقَنَا وَعْدَهُۥ وَأَوْرَثَنَا ٱلْأَرْضَ نَتَبَوَّأُ مِنَ ٱلْجَنَّةِ حَيْثُ نَشَآءُ ۖ فَنِعْمَ أَجْرُ ٱلْعَـٰمِلِينَ ﴿٧٤﴾
Möminlər Cənnətə daxil olduqda deyəcəklər: “Peyğəmbərlərinin dili ilə bizə verdiyi vədini - bizi Cənnətə daxil edəcəyi barədə olan vədini yerinə yetirən və bizi Cənnət diyarına varis edən Allaha həmd olsun! Biz Cənnətdə istədiyimiz yerdə ola bilirik. Rəbbinin üzü xatirinə yaxşı işlər görən əməlisaleh insanların mükafatı necə də gözəldir!”