×
الزمرAyə 75

Muxtəsər təfsir

وَتَرَى ٱلْمَلَـٰٓئِكَةَ حَآفِّينَ مِنْ حَوْلِ ٱلْعَرْشِ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ ۖ وَقُضِىَ بَيْنَهُم بِٱلْحَقِّ وَقِيلَ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٧٥﴾

Hamının bir yerə toplanacağı həmin gün mələklər ərşi əha­tə edərək, Allahı tərif edəcək və kafirlərin Onun barəsində dedikləri sözlərdən Onun uzaq olduğunu de­yəcəklər. Allah yaradılanların hamısının arasında ədalətlə hökm verəcək, kimisinə ehtiram göstərəcək, kimisini də əzaba düçar edəcək. Onda belə deyiləcək: “Mömin qullarının rəhm edilməsi, kafir qullarının da əzaba düçar edilməsi barədə hökm verdiyinə görə məxluqatın Rəbbi olan Allaha həmd olsun!”