Muxtəsər təfsir
وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَتَعَدَّ حُدُودَهُۥ يُدْخِلْهُ نَارًا خَـٰلِدًا فِيهَا وَلَهُۥ عَذَابٌ مُّهِينٌ ﴿١٤﴾
Kim Allahın əhkamlarından üz çevirib, onlara əməl etməzsə, yaxud bu əhkamlara şəkk-şübhə edərək Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna daxil edər. Onun üçün orada zəlil edici bir əzab vardır.