×
النساءAyə 15

Muxtəsər təfsir

وَٱلَّـٰتِى يَأْتِينَ ٱلْفَـٰحِشَةَ مِن نِّسَآئِكُمْ فَٱسْتَشْهِدُوا۟ عَلَيْهِنَّ أَرْبَعَةً مِّنكُمْ ۖ فَإِن شَهِدُوا۟ فَأَمْسِكُوهُنَّ فِى ٱلْبُيُوتِ حَتَّىٰ يَتَوَفَّىٰهُنَّ ٱلْمَوْتُ أَوْ يَجْعَلَ ٱللَّهُ لَهُنَّ سَبِيلًا ﴿١٥﴾

Evli və ya subay qadın­ları­nızdan zina edənlərə qar­şı aranızdan dörd adil müsəlman şahid gətirin! Əgər onlar qadınlarınızın zina etdiklərinə şa­hid­lik etsə­lər, cəza olaraq o qadınları, həyatları ta ölüm ilə bitənədək, ya­xud Allah onlar üçün həbsdən qeyri bir yol aça­na­dək evlərdə həbs edin. Allah bundan sonra onlar üçün hansı yolun açdıqını bəyan etdi. Zina edən bakirə qadındırsa, yüz qamçı vurulduqdan sonra yaşadığı diyardan bir il müddətində sürgün edilməli, əgər zina edən evli qadındırsa, daşqalaq edilərək öldürülməsini qanun etdi.