Muxtəsər təfsir
وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِى ٱلْكِتَـٰبِ أَنْ إِذَا سَمِعْتُمْ ءَايَـٰتِ ٱللَّهِ يُكْفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلَا تَقْعُدُوا۟ مَعَهُمْ حَتَّىٰ يَخُوضُوا۟ فِى حَدِيثٍ غَيْرِهِۦٓ ۚ إِنَّكُمْ إِذًا مِّثْلُهُمْ ۗ إِنَّ ٱللَّهَ جَامِعُ ٱلْمُنَـٰفِقِينَ وَٱلْكَـٰفِرِينَ فِى جَهَنَّمَ جَمِيعًا ﴿١٤٠﴾
Ey Möminlər! Qurani Kərimdə sizə nazil etmişdir ki, əgər bir məclisdə əyləşdiyiniz zaman orada kiminsə Allahın ayələrini inkar yaxud istehza etdiyini eşitsəniz, Allahın ayələrini inkar yaxud istehza söhbətindən başqa bir söhbətə keçməyincə, sizə onlarla bir yerdə oturmamaq və onları tərk etmək vacib edilmişdir. Allahın ayələrini inkar yaxud istehza etdiklərini eşidib, sonra da onlarla oturmaqa davam etsəniz, Allahın əmrinə müxalif olmaqda siz də onların tayı olarsınız. Çünki onlar küfür etməklə Allaha asi olduqları kimi, sizdə onlarla bir yerdə oturmaqla Allaha asi oldunuz. Şübhəsiz ki, Allah qiyamət günü özlərinin zahirən İslamda olduğunu göstərib, qəlblərində isə küfürü gizlədən münafiqləri Cəhənnəm odunda kafirlərlə birgə cəm edəcəkdir.