×
النساءAyə 141

Muxtəsər təfsir

ٱلَّذِينَ يَتَرَبَّصُونَ بِكُمْ فَإِن كَانَ لَكُمْ فَتْحٌ مِّنَ ٱللَّهِ قَالُوٓا۟ أَلَمْ نَكُن مَّعَكُمْ وَإِن كَانَ لِلْكَـٰفِرِينَ نَصِيبٌ قَالُوٓا۟ أَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُم مِّنَ ٱلْمُؤْمِنِينَ ۚ فَٱللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ وَلَن يَجْعَلَ ٱللَّهُ لِلْكَـٰفِرِينَ عَلَى ٱلْمُؤْمِنِينَ سَبِيلًا ﴿١٤١﴾

Sizə xeyir və şərin toxunmasını gözləyən münafiqlər, Allah­dan sizə bir zəfər gəl­dik­də və ya siz qənimət əldə etdikdə, o qənimətdən əldə etmək üçün sizə: "Məgər biz sizinlə de­yil­dik­mi, sizin şahid olduğunuza bizdə şahid olmadıqmı?"– deyər, ka­fir­lə­r qalib gəldikdə isə onlara: "Məgər biz sizə yardım etmədikmi, si­zi mö­min­lər­dən qoruyub, qeydinizə qalmadıqmı?”– söy­lə­yər­lər. Allah Qi­ya­mət gü­­nü sizin hamınızın arasında hökm verə­cəkdir. Möminləri Cənnətə daxil etməklə mükafatlandıracaq, münafiqləri isə Cəhənnəmin ən aşağı təbəqəsinə giriftar etməklə cəzalandıracaqdır. Allah Qiyamət günü Öz lütfü ilə kafir­lərə mö­minlərin əleyhinə əsla bir dəlil verməyə­cək­, əksinə, möminlər imanlarına sadiq qalaraq şəriətə əməl etdikcə, Uca Allah gözəl aqibəti möminlər üçün edəcəkdir.