Muxtəsər təfsir
إِنَّمَا ٱلتَّوْبَةُ عَلَى ٱللَّهِ لِلَّذِينَ يَعْمَلُونَ ٱلسُّوٓءَ بِجَهَـٰلَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُو۟لَـٰٓئِكَ يَتُوبُ ٱللَّهُ عَلَيْهِمْ ۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا ﴿١٧﴾
Allah ancaq o kəslərin tövbəsini qəbul edər ki, onlar cahillik, günahların pis aqibətindən və uğursuzluğundan xəbərsiz olduqlar üzündən itaətsizlik və ya pis iş gördükdən - bu, qəsdən və ya xətadan günah edən hər bir insana aiddir - sonra onlara ölüm gəlməzdən əvvəl tövbə edib Rəbbinə qayıdarlar. Allah onların tövbəsini qəbul edər və günahlarını bağışlar. Həqiqətən, Allah qullarının hər bir halından xəbərdardır, insanlar üçün yazdığı qədərində və şəri hökmlərində hikmət sahibidir.