Muxtəsər təfsir
وَلَيْسَتِ ٱلتَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ حَتَّىٰٓ إِذَا حَضَرَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ إِنِّى تُبْتُ ٱلْـَٔـٰنَ وَلَا ٱلَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ ۚ أُو۟لَـٰٓئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا ﴿١٨﴾
Allah, asi işlər görməkdə davam edib, özlərinə olüm gələnədək tövbə etməyən və nəhayət, can boğaza yetişdikdə tövbə edərək: "Mən etdiyim günahlardan indi tövbə etdim!"– deyənlərlə, həmçinin küfürlərində israr edərək ölənlərin tövbəsi qəbul etməz. Bu kimsələr, günahlarda israrlı olan asi kimsələrdir. Biz, günah işlər görməkdə israrlı olan asilər və kafir olaraq ölənlər üçün ağrılı-acılı bir əzab hazırlamışıq.