×
النساءAyə 78

Muxtəsər təfsir

أَيْنَمَا تَكُونُوا۟ يُدْرِككُّمُ ٱلْمَوْتُ وَلَوْ كُنتُمْ فِى بُرُوجٍ مُّشَيَّدَةٍ ۗ وَإِن تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُوا۟ هَـٰذِهِۦ مِنْ عِندِ ٱللَّهِ ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُوا۟ هَـٰذِهِۦ مِنْ عِندِكَ ۚ قُلْ كُلٌّ مِّنْ عِندِ ٱللَّهِ ۖ فَمَالِ هَـٰٓؤُلَآءِ ٱلْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا ﴿٧٨﴾

Harada olursunuzsa olun, hətta döyüş meydanından uzaq bir yerdə, möhkəm qəsirlər içərisində ol­sanız belə əcəliniz gəldikdə ölüm sizi haqlayacaqdır. Bu münafiqlərə, övlad və ya bol ruzi kimi sevdikləri bir yaxşılıq üz ver­dik­də: "Bu, Allahdandır!" – deyər, övlad və ruzilərində xoşlamadıqları bir pislik üz verdikdə isə Peyğəmbərə - sallallahu aleyhi və səlləm - qarşı bədbinlik edərək: "Bu pislik, sənin səbəbindəndir!"– deyərlər. Ey Peyğəmbər! Onlara cavab olaraq de: "Xoşladığınız və xoşlamadığınızın ha­mısı Allahın qəza və qədəri ilədir!". Bu söz deyən adam­la­ra nə olub ki, az qala sənin onlara dediyin kəlamı də anlamırlar?!