Muxtəsər təfsir
مَّآ أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ ٱللَّهِ ۖ وَمَآ أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ ۚ وَأَرْسَلْنَـٰكَ لِلنَّاسِ رَسُولًا ۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا ﴿٧٩﴾
Ey adəm övladı! Sənə gələn övlad və ya ruzi kimi xoşladığın bir yaxşılıq Allahdandır və bu, Allahın sənə olan lütfü sayəsinədir. Sənə övladında və ya ruzində xoşlamadığın üz vermiş bəla isə etdiyin günahlar səbəbindən sənin özündəndir. Ey Peyğəmbər! Biz səni, Rəbbinin risaləsini Allahdan insanlara çatdırmaq üçün bütün bəşəriyyətə elçi göndərdik. Allahın sənə verdiyi dəlillərlə, Allahdan insanlara çatdırdığının doğru olduğuna şahid olaraq Allah yetər.