Muxtəsər təfsir
وَدُّوا۟ لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُوا۟ فَتَكُونُونَ سَوَآءً ۖ فَلَا تَتَّخِذُوا۟ مِنْهُمْ أَوْلِيَآءَ حَتَّىٰ يُهَاجِرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ۚ فَإِن تَوَلَّوْا۟ فَخُذُوهُمْ وَٱقْتُلُوهُمْ حَيْثُ وَجَدتُّمُوهُمْ ۖ وَلَا تَتَّخِذُوا۟ مِنْهُمْ وَلِيًّا وَلَا نَصِيرًا ﴿٨٩﴾
Münafiqlər sizə nazil edilənə özləri küfr etdikləri kimi, sizin də küfr edib özlərilə küfrdə eyni səviyyədə olmanızı təmənna edərlər. Onlar, imanlarının əlaməti olaraq, şirk diyarından İslam diyarına Allah yolunda hicrət etməyincə, etdikləri düşmənçiliyə görə onlardan heç birini özünüzə dost tutmayın. Əgər üz çevirib, elə bu hal üzrə davam edərlərsə, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə sirrinizi verəcək nə bir dost, düşməninizə qarşı sizə yardım edəcək nə də bir köməkçi tutun.