Muxtəsər təfsir
إِلَّا ٱلَّذِينَ يَصِلُونَ إِلَىٰ قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَـٰقٌ أَوْ جَآءُوكُمْ حَصِرَتْ صُدُورُهُمْ أَن يُقَـٰتِلُوكُمْ أَوْ يُقَـٰتِلُوا۟ قَوْمَهُمْ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَسَلَّطَهُمْ عَلَيْكُمْ فَلَقَـٰتَلُوكُمْ ۚ فَإِنِ ٱعْتَزَلُوكُمْ فَلَمْ يُقَـٰتِلُوكُمْ وَأَلْقَوْا۟ إِلَيْكُمُ ٱلسَّلَمَ فَمَا جَعَلَ ٱللَّهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلًا ﴿٩٠﴾
Ancaq sizinlə aralarında atəşkəs elan etmək haqqında əhd bağladığınız bir camaata sığınanlar, yaxud sizinlə və ya öz camaatı ilə vuruşmaq istəmədikləri üçün sizin yanınıza gələn kimsələr istisnadır. Əgər Allah istəsəydi, onlara sizə qarşı döyüşməyə imkan verər və onlar da sizinlə döyüşərdilər. Allahdan olan bu afiyəti qəbul edin və onları qətlə yetirərəkdən və ya əsir götürməkdən əl çəkin. Əgər onlar sizdən aralansalar, sizinlə vuruşmasalar, atəşkəs elan edib və sülhə əməl etsələr, Allah sizə onları qətlə yetirməyə yaxud əsir götürməyə yol verməz.