×
غافرAyə 20

Muxtəsər təfsir

وَٱللَّهُ يَقْضِى بِٱلْحَقِّ ۖ وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِۦ لَا يَقْضُونَ بِشَىْءٍ ۗ إِنَّ ٱللَّهَ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ ﴿٢٠﴾

Allah ədalətlə hökm ve­rər, heç kəsə, onun savabından azaltmaqla, yaxud günahlarını artırmaqla zülm etməz. Müşriklərin Allah­dan başqa tapındıqları (bütlər) isə heç bir şeyə hökm edə bilməzlər. Çünki onlar heç bir şeyə malik deyillər. Şübhəsiz ki, Allah Öz qullarının danışdıqlarını eşidir, habelə, onların niyyətlərini və əməllərini görür və tezliklə bunların əvəzini onlara verəcəkdir.