Muxtəsər təfsir
أَوَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ كَانُوا۟ مِن قَبْلِهِمْ ۚ كَانُوا۟ هُمْ أَشَدَّ مِنْهُمْ قُوَّةً وَءَاثَارًا فِى ٱلْأَرْضِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ وَمَا كَانَ لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٍ ﴿٢١﴾
Məgər o müşriklər yer üzündə gəzib-dolaşıb özlərindən əvvəl (yaşamış və) haqqı yalan saymış ümmətlərin axırının necə olduğunu düşünmürlərmi? Onların axırı çox pis olmuşdur. O ümmətlər bunlardan daha qüvvətli idilər və yer üzündə bunların qurduğundan da möhtəşəm tikililər qurmuşdular. Allah onları günahlarına görə məhv etdi və onları Allahın əzabından qoruyan bir kimsə tapılmadı.