×
فصلتAyə 12

Muxtəsər təfsir

فَقَضَىٰهُنَّ سَبْعَ سَمَـٰوَاتٍ فِى يَوْمَيْنِ وَأَوْحَىٰ فِى كُلِّ سَمَآءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَـٰبِيحَ وَحِفْظًا ۚ ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ ﴿١٢﴾

Allah göylərin yaradılışını iki gündə - cümə axşamı və cümə günü tamamladı. Bununla da, göylərin və yerin yaradılışı altı gündə tamamlandı. Sonra Allah hər bir gö­yə nə həvalə etdiyini, üstəlik, itaət və ibadət aid olan buyuruqlarını ona vəhy edib bildirdi. Biz dünya sə­masını ulduzlarla bə­zə­dik və onu şeytanların xəlvətcə qulaq asmasından qoruduq. Bu zikr edilənlərin hamısı, hər kəsə gücü yetən - Qüdrətli, hər şeyi Bilən Allahın əzə­li hökmü­dür.