Muxtəsər təfsir
فَإِنْ أَعْرَضُوا۟ فَقُلْ أَنذَرْتُكُمْ صَـٰعِقَةً مِّثْلَ صَـٰعِقَةِ عَادٍ وَثَمُودَ ﴿١٣﴾
Ey Peyğəmbər, əgər onlar sənin təbliğ etdiyinə iman gətirməkdən üz döndərsələr, de: “Mən sizi Hudun qövmü Ad və Salehin qövmü Səmud tayfalarına, öz peyğəmbərlərini yalançı saydıqları zaman, üz vermiş əzab kimi bir əzabla qorxuduram”.