×
فصلتAyə 39

Muxtəsər təfsir

وَمِنْ ءَايَـٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلْأَرْضَ خَـٰشِعَةً فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْ ۚ إِنَّ ٱلَّذِىٓ أَحْيَاهَا لَمُحْىِ ٱلْمَوْتَىٰٓ ۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ ﴿٣٩﴾

Allahın əzəmətinə, vəhdaniyyətinə və ölüləri dirltməyə qadir olduğuna dəlalət edən dəlillətrdəndir ki, sən yer üzünün qupquru olduğunu, orada heç bir bitki olmadığını görürsən. Biz onun üzərinə yağış endir­dikdə isə, içindəki toxumların cücərməsindən dolayı o, hərəkətə gəlib qa­ba­rır. Şüb­hə­siz ki, o ölü torpağı bitkilərlə dirildən Allah, ölü­ləri də hökmən dirildib, haqq-hesaba çəkilmələri və etdikləri əməllərin əvəzini almaq üçün məhşərə toplayacaq. Həqiqətən, O, hər şeyə qa­dirdir. O, nə ölü torpağı canlandırmaqdan, nə də ölüləri dirildib qəbirlərindən çıxartmaqdan acizdir.