×
فصلتAyə 40

Muxtəsər təfsir

إِنَّ ٱلَّذِينَ يُلْحِدُونَ فِىٓ ءَايَـٰتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَآ ۗ أَفَمَن يُلْقَىٰ فِى ٱلنَّارِ خَيْرٌ أَم مَّن يَأْتِىٓ ءَامِنًا يَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ ٱعْمَلُوا۟ مَا شِئْتُمْ ۖ إِنَّهُۥ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ﴿٤٠﴾

Şübhəsiz ki, Allahın ayələrini inkar etməklə, onları yalan saymaqla və onları təhrif etməklə haqdan üz dön­də­rənlərin halı Bizdən gizli qalmaz. Biz onların hamısını bilirik. Bir de­yin görək, Cəhənnəm oduna atılan kimsə üstündür, yox­sa qiyamət gü­nü əzabdan qurtulacağına əmin olan kimsə?! Ey insanlar, istədiyi­ni­z xeyir və şər əməlləri edin! Biz sizə artıq xeyiri də şəri də bəyan etdik. Allah sizin xeyir yaxud şər əməllər etdiyinizi gö­rür. Etdiyiniz əməllərdən heç bir şey Ondan gizli qalmaz.