Muxtəsər təfsir
مَّا يُقَالُ لَكَ إِلَّا مَا قَدْ قِيلَ لِلرُّسُلِ مِن قَبْلِكَ ۚ إِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ وَذُو عِقَابٍ أَلِيمٍ ﴿٤٣﴾
Ey Peyğəmbər, səni təkzib etmək üçün sənə nə deyilirsə, (bil ki,) səndən əvvəlki elçilərə də bunun eynisini demişdilər. Sən səbir et! Həqiqətən, sənin Rəbbin Öz qullarından ona tövbə edən kimsələri bağışlayandır, həmçinin, günah işlər görməkdə israrlı olub tövbə etməyən kimsələrə də, ağrılı-acılı cəza verəndir.