Muxtəsər təfsir
وَلَوْ جَعَلْنَـٰهُ قُرْءَانًا أَعْجَمِيًّا لَّقَالُوا۟ لَوْلَا فُصِّلَتْ ءَايَـٰتُهُۥٓ ۖ ءَا۬عْجَمِىٌّ وَعَرَبِىٌّ ۗ قُلْ هُوَ لِلَّذِينَ ءَامَنُوا۟ هُدًى وَشِفَآءٌ ۖ وَٱلَّذِينَ لَا يُؤْمِنُونَ فِىٓ ءَاذَانِهِمْ وَقْرٌ وَهُوَ عَلَيْهِمْ عَمًى ۚ أُو۟لَـٰٓئِكَ يُنَادَوْنَ مِن مَّكَانٍۭ بَعِيدٍ ﴿٤٤﴾
Əgər Biz bu Quranı ərəb dilindən başqa bir dildə nazil etsəydik, onların arasındakı kafirlər deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir ki, biz onu başa düşək? Quran yad dildə, onu gətirən isə ərəb ola bilərmi?!” Ey Peyğəmbər, onlara de: “Bu Quran, Allaha iman gətirən və Onun peyğəmbərlərinin dediklərini təsdiqləyən kimsələri zəlalətdən çıxardıb doğru yola yönəldən rəhbər və bir də, qəlblərdəki cahillik və ona bənzər xəstəliklər üçün şəfadır". Allaha iman gətirməyənlərin isə qulaqlarında karlıq var. Onlar ona qarşı kordurlar, onu anlamırlar. Bu xislətləri özlərində cəm edən kimsələr sanki uzaq bir yerdən çağırılırlar. Onlar bu çağırışı necə eşidə bilərlər?!