Muxtəsər təfsir
ٱللَّهُ ٱلَّذِىٓ أَنزَلَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ وَٱلْمِيزَانَ ۗ وَمَا يُدْرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ قَرِيبٌ ﴿١٧﴾
Quranı haqq olaraq, içində heç bir şübhə olmadığı halda nazil edən, habelə, insanlar arasında insafla hökm vermək üçün ədalət (tərəzisini) nazil edən Allahdır. Ola bilsin ki, onların yalan saydığı qiyamət saatı yaxındır. Məlumdur ki, gələn hər bir şey yaxın olur.