×
الشورىAyə 18

Muxtəsər təfsir

يَسْتَعْجِلُ بِهَا ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِهَا ۖ وَٱلَّذِينَ ءَامَنُوا۟ مُشْفِقُونَ مِنْهَا وَيَعْلَمُونَ أَنَّهَا ٱلْحَقُّ ۗ أَلَآ إِنَّ ٱلَّذِينَ يُمَارُونَ فِى ٱلسَّاعَةِ لَفِى ضَلَـٰلٍۭ بَعِيدٍ ﴿١٨﴾

Qiyamətə inanmayanlar onun tez gəlməsini itələb edirlər. Çünki onlar nə haqq-hesaba çəkilməyə, nə mükafat, nə də cəza veriləcəyinə inanırlar. Möminlər isə qiyamət günü insanları nələr gözlədiyini bildiklərinə görə Allahdan qor­xur və o günün gələcəyinə heç bir şübhə olmayan bir həqiqət olduğunu yəqin bilirlər. Şübhəsiz ki, qiyamət saatı barəsin­də mübahisə edib höcətləşənlər və onun gələcəyinə şübhə ilə yanaşanlar haqdan uzaq bir azğınlıq içində­dirlər.