Muxtəsər təfsir
وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن وَلِىٍّ مِّنۢ بَعْدِهِۦ ۗ وَتَرَى ٱلظَّـٰلِمِينَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ يَقُولُونَ هَلْ إِلَىٰ مَرَدٍّ مِّن سَبِيلٍ ﴿٤٤﴾
Allah kimi hidayətdən məhrum edib haqdan azdırarsa, bundan sonra ona yardım edəcək bir hamisi olmaz. Qiyamət günü sən, küfr və asilik etməklə özlərinə zülm edən kimsələrin əzabı gördükləri zaman təmənna edib: “Dünyaya qayıtmağa bir yol varmı, (qayıdıb) Allaha tövbə edək?” – dediklərini görəcəksən.