×
الشورىAyə 45

Muxtəsər təfsir

وَتَرَىٰهُمْ يُعْرَضُونَ عَلَيْهَا خَـٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرْفٍ خَفِىٍّ ۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ ٱلْخَـٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ أَلَآ إِنَّ ٱلظَّـٰلِمِينَ فِى عَذَابٍ مُّقِيمٍ ﴿٤٥﴾

Ey Peyğəmbər, o zalımlar zəlil və rəzil olduqları halda Cəhənnəmin qarşısına gətirildikləri zaman sən onların Cəhənnəmin qorxusundan başlarını aşağı salıb gözucu insanlara gizlin-gizlin bax­dıq­la­rını görəcəksən. Allaha və Onun elçilərinə iman gətirənlər de­yəcək­lər: “Şübhəsiz ki, ziyana uğrayanlar qiyamət günü Allahın əzabına düçar olmaqla öz­lə­rini və ailələrini ziyana salanlardır”. Heç şübhəsiz ki, küfr və asilik etməklə özlərinə zülm edən kimsələr əbədi olaraq daimi əzab içində qalacaqlar.