Muxtəsər təfsir
وَقَالُوا۟ مَا هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُهْلِكُنَآ إِلَّا ٱلدَّهْرُ ۚ وَمَا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَظُنُّونَ ﴿٢٤﴾
Öldükdən sonra yenidən dirilməyi inkar edən kafirlər belə deyirlər: “Həyat fəqət bizim dünya həyatımızdır və bu həyatdan sonra heç bir həyat yoxdur. Bir nəsil ölüb gedir bir daha geri qayıtmır və ardından yeni bir nəsil də doğulur. Bizi ancaq gecə ilə gündüzün bir-birini təqib etməsi öldürür”. Onların öldükdən sonra yenidən dirilməyi inkar etməyə dair heç bilgiləri yoxdur. Onlar yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz!