×
الجاثيةAyə 25

Muxtəsər təfsir

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا بَيِّنَـٰتٍ مَّا كَانَ حُجَّتَهُمْ إِلَّآ أَن قَالُوا۟ ٱئْتُوا۟ بِـَٔابَآئِنَآ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٢٥﴾

Öldükdən sonra yenidən dirilməyi inkar edən müşriklərə açıq-aydın ayələrimiz oxunduğu zaman onla­rın Peyğəmbərə (səllallahu aleyhi və səlləm) və onun səhabələrinə gətirdiyi də­li­li: “Əgər bizim öldükdən sonra diriləcəyimiz barədə olan iddianız doğrudursa, onda ölüb getmiş atalarımızı dirildin!” – de­mək­­dən başqa bir şey de­yildi.