Muxtəsər təfsir
وَأَمَّا ٱلَّذِينَ كَفَرُوٓا۟ أَفَلَمْ تَكُنْ ءَايَـٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَٱسْتَكْبَرْتُمْ وَكُنتُمْ قَوْمًا مُّجْرِمِينَ ﴿٣١﴾
Allaha küfr edən kimsələr gəlincə, onlara məzəmmət edilərək deyiləcəkdir: “Məgər ayələrim sizə oxunmurdumu?! Siz isə onlara iman gətirməyə təkəbbür göstərirdiniz və özünüz də, küfr və günüh işlər görən günahkar bir qövm idiniz.