×
الجاثيةAyə 32

Muxtəsər təfsir

وَإِذَا قِيلَ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ وَٱلسَّاعَةُ لَا رَيْبَ فِيهَا قُلْتُم مَّا نَدْرِى مَا ٱلسَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنًّا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ ﴿٣٢﴾

Sizə: “Allahın vədi – Öz qullarını dirildəcəyinə və onlara əməllərinin əvəzini verəcəyinə dair onlara verdiyi vədi – haqdır, bunda heç bir şübhə yoxdur, həmçinin, qiyamət saatının yetişməsində də, heç bir şəkk-şübhə yoxdur. Odur ki, o gününüz üçün tədarük görün!”– deyildikdə: “Biz qiyamət saatının nə olduğunu bilmirik! Onun ancaq əsassız bir zənn olduğunu güman edirik. Biz qiyamətin qopacağına əmin deyilik!”– deyə cavab verdiniz.