Muxtəsər təfsir
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ حَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ فِىٓ أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ ۖ إِنَّهُمْ كَانُوا۟ خَـٰسِرِينَ ﴿١٨﴾
Belələri, onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan ibarət olan ümmətlərə üz vermiş əzab onlara da vacib olmuş kimsələrdir. Həqiqətən, onlar, həm özlərini, həm də, ailələrini Cəhənnəm oduna salmaqla ziyana uğramışlar.