Muxtəsər təfsir
وَلِكُلٍّ دَرَجَـٰتٌ مِّمَّا عَمِلُوا۟ ۖ وَلِيُوَفِّيَهُمْ أَعْمَـٰلَهُمْ وَهُمْ لَا يُظْلَمُونَ ﴿١٩﴾
Hər iki firqənin - Cənnət əhlinin və Cəhənnəm əhlinin - etdiyi əməllərə uyğun mərtəbələri vardır. Cənnət əhlinin mərtəbələri yüksəkdə yerləşən dərəcələr, Cəhənnəm əhlininki isə aşağıda yerləşən təbəqələrdir. Bu, Uca Allahın onlara etdikləri əməllərinin əvəzini özlərinə tam olaraq verməsi üçündür. Qiyamət günü onların savbalarını azaltmaqla və ya günahlarını artıqmaqla onlara əsla zülm edilməz.