Muxtəsər təfsir
وَيَوْمَ يُعْرَضُ ٱلَّذِينَ كَفَرُوا۟ عَلَى ٱلنَّارِ أَذْهَبْتُمْ طَيِّبَـٰتِكُمْ فِى حَيَاتِكُمُ ٱلدُّنْيَا وَٱسْتَمْتَعْتُم بِهَا فَٱلْيَوْمَ تُجْزَوْنَ عَذَابَ ٱلْهُونِ بِمَا كُنتُمْ تَسْتَكْبِرُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَبِمَا كُنتُمْ تَفْسُقُونَ ﴿٢٠﴾
Allaha küfr etmiş və Onun elçilərini yalançı saymış kimsələrə əzab verilməkdən ötrü Cəhənnəmin qarşısına gətiriləcəkləri gün onlara məzəmmət edilərək və lağa qoyularaq deyiləcək: “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib bitirdiniz və oradakı ləzzətli şeylərdən zövq aldınız. Bu gün isə siz, yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə, üstəlik də, küfr və asilik etməklə Allahın itaətində çıxdığınıza görə sizi alçaldacaq və zəlil edəcək əzabla cəzalandırılacaqsınız!”