×
الأحقافAyə 3

Muxtəsər təfsir

مَا خَلَقْنَا ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ وَأَجَلٍ مُّسَمًّى ۚ وَٱلَّذِينَ كَفَرُوا۟ عَمَّآ أُنذِرُوا۟ مُعْرِضُونَ ﴿٣﴾

Biz göyləri, yeri və onla­rın ara­sın­da olanları əbəs yerə yaratmamışıq, əksinə, bütün bunları ancaq böyük bir hikmətdən ötrü haqq olaraq yaratmışıq. Bunlardan bəzisi budur ki: insanlar bu məxluqata baxıb Allahın varlığını dərk etsinlər, beləliklə də, yalnız Ona ibadət etsinlər, heç bir şeyi Ona şərik qoşmasınlar və yalnız Allahın bildiyi, əzəldən müəyyən edilmiş za­manadək yer üzündə yaşayıb öz tələbatlarını yerinə yetirsinlər. Allaha küfr edənlər isə Allahın kitabında xə­bərdar edildikləri şeylər­dən üz döndərir və ona məhəl qoymurlar.