Muxtəsər təfsir
قُلْ أَرَءَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِى مَاذَا خَلَقُوا۟ مِنَ ٱلْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِى ٱلسَّمَـٰوَٰتِ ۖ ٱئْتُونِى بِكِتَـٰبٍ مِّن قَبْلِ هَـٰذَآ أَوْ أَثَـٰرَةٍ مِّنْ عِلْمٍ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٤﴾
Ey Peyğəmbər! Haqdan üz döndərən o müşriklərə de: “Sizin Allahdan başqa tapındıqlarınız bütlər barədə mənə xəbər verin görüm, onlar yer üzündə nə yaradıblar? Onlar dağ yaradıblarmı?! Bəlkə çay yaradıblar?! Yoxsa onların göylərin yaradılmasında Allaha bir şərikliyi və o işdə bir payı var?! Əgər bütlərə ibadət etməyinizin haqq olduğuna dair iddianız doğrudursa, mənə Qurandan əvvəl Allahdan nazil olmuş bir kitab və ya əvvəlkilərin qoyub getdiyi elmdən qalan bir əsər gətirin”.