Muxtəsər təfsir
ذَٰلِكَ بِأَنَّهُمُ ٱتَّبَعُوا۟ مَآ أَسْخَطَ ٱللَّهَ وَكَرِهُوا۟ رِضْوَٰنَهُۥ فَأَحْبَطَ أَعْمَـٰلَهُمْ ﴿٢٨﴾
Bu əzab onların, Allahın qəzəbinə səbəb olan hər bir şeyə uyduqları - kafirlik və münafiqlik etdikləri, habelə, Allaha və Onun rəsuluna düşmən olduqları və özlərinin Rəbbinə yaxınlaşdıracaq və Onun rizasını qazandıracaq əməllərə - Allaha iman gətirməyə və Onun rəsuluna tabe olmağa nifrət etdiklərinə görədir. Elə buna görə də Allah onların əməllərini puç etdi.