×
محمدAyə 29

Muxtəsər təfsir

أَمْ حَسِبَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخْرِجَ ٱللَّهُ أَضْغَـٰنَهُمْ ﴿٢٩﴾

Yoxsa qəlblərində şəkk-şübhə olan münafiqlər elə zənn edirdilər ki, Allah onların kin-küdurə­tini üzə çıxarmayacaq?! Allah müsibətlər göndərib imtahan etməklə bu kin-küdurəti mütləq üzə çıxaracaqdır. Beləcə, imanında sadiq olan kimsə ilə yalançı olan kimsə ayırd ediləcək, habelə, kimin həqiqi mömin, kimin də münafiq olduğu bəlli olacaqdır.