Muxtəsər təfsir
وَلَنَبْلُوَنَّكُمْ حَتَّىٰ نَعْلَمَ ٱلْمُجَـٰهِدِينَ مِنكُمْ وَٱلصَّـٰبِرِينَ وَنَبْلُوَا۟ أَخْبَارَكُمْ ﴿٣١﴾
Ey möminlər! Biz cihad, düşmənə qarşı vuruşmaq və qətlə yetirmək sayəsində sizlərdən Allah yolunda cihad edənləri və Onun düşmənlərilə döyüşməkdə səbir edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və sizi sınamaqla sizlərdən kimin sadiq kimin də yalançı olduğunu biləcəyik.