Muxtəsər təfsir
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ وَشَآقُّوا۟ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَىٰ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًٔا وَسَيُحْبِطُ أَعْمَـٰلَهُمْ ﴿٣٢﴾
Şübhəsiz ki, Allaha və Onun rəsuluna küfr edənlər, Allahın dinindən uzaqlaşanlar, insanları da Onun dinindən azdıranlar və Muhəmmədin -səllallahu aleyhi və səlləm- peyğəmbər olduğunu bildikdən sonra Allahın rəsuluna müxalif olanlar və ona qarşı düşmənçilik edənlər Allaha heç bir zərər yetirə bilməzlər. Əksinə, onlar özlərinə zərər yetirərlər. Allah onların bütün əməllərini puça çıxaracaqdır.