Muxtəsər təfsir
لَّيْسَ عَلَى ٱلْأَعْمَىٰ حَرَجٌ وَلَا عَلَى ٱلْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى ٱلْمَرِيضِ حَرَجٌ ۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدْخِلْهُ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۖ وَمَن يَتَوَلَّ يُعَذِّبْهُ عَذَابًا أَلِيمًا ﴿١٧﴾
Allah yolunda döyüşə getməməkdə üzürlü səbəbi olan kora, çolağa, bir də xəstəyə günah yoxdur. Kim Allaha və Onun rəsuluna itaət etsə, Allah onu qəsrləri və ağacları altından çaylar axan cənnətlərə daxil edər. Kim də Allaha və Onun rəsuluna itaət etməkdən üz döndərsə, Allah ona ağrılı-acılı bir əzab verər.