Muxtəsər təfsir
لَّقَدْ رَضِىَ ٱللَّهُ عَنِ ٱلْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ ٱلشَّجَرَةِ فَعَلِمَ مَا فِى قُلُوبِهِمْ فَأَنزَلَ ٱلسَّكِينَةَ عَلَيْهِمْ وَأَثَـٰبَهُمْ فَتْحًا قَرِيبًا ﴿١٨﴾
Möminlər Hüdeybiyyədə Ridvan beyətində - ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah onların qəlbində olanı imanı, səmimiyyəti və doğrulu bildi, onların qəlbinə arxayınlıq nazil etdi və onları yaxın bir zəfərlə - Xeybərin fəthi ilə mükafatlandırdı. Bu da onlar üçün Məkkəyə daxil olmamalarının əvəzi idi.