Muxtəsər təfsir
قَالَ ٱللَّهُ إِنِّى مُنَزِّلُهَا عَلَيْكُمْ ۖ فَمَن يَكْفُرْ بَعْدُ مِنكُمْ فَإِنِّىٓ أُعَذِّبُهُۥ عَذَابًا لَّآ أُعَذِّبُهُۥٓ أَحَدًا مِّنَ ٱلْعَـٰلَمِينَ ﴿١١٥﴾
Allah İsanın - aleyhissəlam - duasına cavab verərək belə buyurdu: "Mən sizin tələbinizi nəzərə alıb o süfrəni sizə endirəcəyəm. Lakin bundan sonra aranızdan kimsə kafir olarsa, öz nəfsindən başqa heç kəsi qınamasın. O açıq-aydın möcüzəyə şahid olduqları üçün, ona heç kəsə vermədiyim şiddətli bir əzabı verərəm. Çünki onun etdiyi küfr, Allahı inkar edərək küfrdür". Beləliklədə Allah onlara verdiyi vədi tutdu və onlara həmən süfrəni nazil etdi.